“Onlayn Medianın inkişafına dəstək” Layihəsi çərçivəsində Təlimlər üçün qeydiyyat başlanıb

16-09-2013 / 09:51
Məlum olduğu kimi Multimedia Mərkəzi tərəfindən “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Treninqlər təşkil olunur.
Təlimlərin məqsədi ölkədə  İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.
Bir həftə davam edən treninqləri İKT və media sahəsində çalışan  peşəkar mütəxəssislər aparacaq.

Treninqlər Elektron hökumət quruculuğu prosesinin, Açıq hökumət təşəbbüsünün və İnformasiya Cəmiyyətinin formalaşmasının xüsusiyyətlərini, sosial media və multimedia jurnalistika sahələrini, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.
Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmalıdırlar.
Təlimlərin oktyabr ayında bir həftə müddətində, saat 14.00 – 18.00 arasında keçirilməsi nəzərdə tutulub. Təlimlər AMEA Infromasiya Texnologiyaları İnsititutu ilə əməkdaşlıq şəraitində kçeiriləcək.
Təlimlər bu İnstitutun yüksək texnologiyalarla təmin olunan Təlim Mərkəzində   təşkil olunacaq
Treninqləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər www.telim.org saytında qeydiyyatdan keçə bilərlər. Və ya [email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə kçeirilir.
Geniş məlumat:  www.telim.org

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə