Onlayn ödənişlər zamanı Bakcell-dən bonuslar əldə edəcəksiniz

24-07-2015 / 16:36

Bakcell şirkəti elektron ödəmə üsullarından istifadə edən abunəçilərinə bonus dəqiqələr qazanmaq şansı yaradıb.

Bakcell-in mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, iyul ayının 24-də başlayan kampaniya çərçivəsində Bakcell abunəçiləri onlayn ödəmə metodlarından istifadə edərək (MilliÖn və E-manat ödəmə nöqtələri, www.hesab.az daxil olmaqla bank kartları vasitəsilə onlayn ödəniş, bankomatlar və s.)  balansı 5 AZN və daha çox məbləğdə artırdıqda, bu məbləğin 10 faizi həcmində bonus qazanacaqlar. Balansın ödəmə kartı vasitəsilə artırılması üçün bonus təqdim olunmur.

Abunəçilər səhifəyə daxil olmaqla da balanslarını artıra və bonus ala bilərlər.

Əldə olunan bonuslar 7 gün müddətində şəbəkədaxili zəng, SMS və MMS-lər üçün istifadə oluna bilər. Bonusun maksimum miqdarı 2 AZN-dir. Kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. 

Qeyd edək ki, kampaniya 2 ay davam edəcək.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.