Onlayn olmasa belə şəkil göndərə biləcəksiniz - Yenilik

13-02-2015 / 11:05

Əgər android telefonunuzda Skype istifadə edirsinizsə, proqramın yeni versiyasının bu xüsusiyyəti sizləri məmnun edəcək.

Bu gün yenilənən Skype-ala birlikdə artıq hədəfdəki insan online olmasa belə ona şəkil göndərə biləcəksiniz. İstifadəçi Skype-a mobil proqramdan daxil olduqda özünə yollanan şəkil ya da fotoları bir-bir əldə edəcək.

Skype-ın Android telefonlara quraşdırılan versiyasının qazandığı bir digər xüsusiyyət də "picture-in-picture" rejimidir. Bu sayədə telefonda başqa bir proqramdan istifadə edərkən, digər tərəfdən Skype söhbəti də görüntülənəcək.

Bu xüsusiyyət bir müddətdir planşetlərdə var. Ancaq artıq telefonlar da "picture-in-picture" funksiyasını əldə etdi.

 

                                                                                               Sevil Rəsulzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə