Onlayn oyun həvəskarları üçün yeni təhlükə

23-08-2017 / 13:39

Aşkar edilmiş troyan “Joao” adlanır və o, qeyri-rəsmi mənbələrdən yüklənilən Aeria Games şirkətinin oyunları vasitəsilə yayılır.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Joao adlı troyan tərəfindən yüklənilən kənar zərərverici kodun məqsədi uzaq məsafədən giriş əldə etmək, casusluq və DDoS hücumlar həyata keçirməkdir.

Zərərli proqram təminatı ilk dəfə populyar Grand Fantasia oyununda aşkar edilib. Troyan fon rejimində oyunla birgə işə düşür. Virusu aşkar etmək, demək olar ki, mümkün deyil, çünki o, heç bir aktivlik göstərmir. Yalnız kök qovluğunda “msldbe.dll” faylının peyda olmasından bu barədə bilmək olar.

Virus qurban kompüter haqda bütün informasiyanı (qurğunun adı, əməliyyat sisteminin versiyası, şəxsi hesablar və sairə) uzaq serverə göndərir. Bu məlumatlara malik olan hakerlər asanlıqla “Joao” troyanının əlavə komponentlərini aktivləşdirə bilərlər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.