Online jurnalistika məktəbi 20 illiyini qeyd edəcək

06-03-2015 / 15:05

Science.gov.az bu yaxınlarda 20 illik yubileyini qeyd etməyə hazırlaşır.

Bu barədə Xəbərlər.az-a AMEA-nın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, science.gov.az ilk internet-jurnalistika məktəbidir. Portalda Azərbaycan Respublikası Prezidenti tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə də AMEA-nın dövri nəşrləri yerləşdirilir.

Həmçinin  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin çoxsaylı tələbələri veb-jurnalistika sahəsində kadr hazırlığı məktəbi olan science.gov.az portalında işləyərək təcrübə qazanıb. Həmin fakültənin tələbələri üçün institutda təşkil olunmuş təcrübə kurslarında  ümumilikdə 300 tələbə iştirak edib.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə