Operatorlar yeni texnologiyaya keçir: sürət artacaq

20-08-2015 / 20:09

Azərbaycan kabel televiziyası operatorları yaxın zamanda "Ethernet" texnologiyası üzərindən xidmət göstərməyə başlayacaqlar.

Xeberler.az-ın məlumatına görə,  "Ethernet" texnologiyası minimum 5 meqabit saniyə sabit internet sürəti ilə xidmət göstərməyə imkan verir.

Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı direktoru Əli Əliyev açıqlamasında bildirib ki, yaxın gələcəkdə bütün kabel televiziya xidmətləri operatorları "Ethernet" üzərindən xidmət göstərəcəklər.  

Hazırda yerli kabel TV xidmətləri bazarında bir neçə operatorun, o cümlədən KATV1, Aile TV, CityNet operatorları "Ethernet"dən istifadə edir.

Qeyd edək ki, Azərbaycan Kabel Operatorları Assosiasiyası 2012-ci ildən başlayaraq qeyri-kommersiya fəaliyyətə başlayıb və artıq bu assosiasiyaya ölkənin aparıcı kabel televiziya operatorları B&B TV, KATV1, Connect, AiləTV qoşulublar. Eyni zamanda AKOA-nın qısa müddət ərzində fəaliyyəti nəticəsində Avrasiya ölkələrinin Kabel Televiziyası Operatorlarının Assosiasiyası yaradılıb və uğurla fəaliyyət göstərir.

 

Xeberler.az

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə