Optik disklərin həcmini milyon dəfə artıran texnologiya

06-01-2017 / 10:25

Kazan Federal Universitetinin alimləri Harvard Universiteti və Londonun İmperial Kollecindən olan alimlərlə birgə optik qeyd və informasiyanın saxlanılması sıxlığı göstəricisini mövcud texnologiyalarla müqayisədə milyon dəfə artırmağa imkan verəcək yeni texnologiya hazırlayıb.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, işığın azimutal və radial polyarlaşması arasındakı dəyişmə informasiyanın oxunmasına imkan verir.

Kazan Federal Universitetindən olan qrupun rəhbəri Sergey Xarinsev deyib ki, hazırladıqları texnologiyada lazer işığının fokuslanması müəyyən radial və azimutal polyarlaşma ilə lazer işığı vasitəsilə işıqlandırılan optik nanoantennlərin köməyi ilə istehsal edilir.

Alimlər kvadrat desimetrə 1 petabayt informasiyasının saxlanılması sıxlığını təmin edəcək orqanik “səyyar” məlumat daşıyıcısının nümunəsinin yaradılması üzərində işləyirlər.

Hazırda dünyada mövcud olan səyyar yazı texnologiyası kvadrat desimetrə 100 terabayt informasiyanın saxlanılması sıxlığını əldə etməyə imkan verir ki, bu da ən tutumlu sərt disklərin analoji göstəricilərindən 38 dəfə yüksəkdir. Gələcəkdə sıxlığın kvadrat desimetrdə 1 petabayta qədər artırılması standart DVD-disklərdən milyon dəfə yüksək məlumat sıxlığı əldə etməyə imkan verəcək.

Bu kimi optik sistemlərin data-mərkəzlərdə böyük həcmli informasiyanın saxlanılması zamanı istifadə olunması nəzərdə tutulub. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.