Oracle Academy Günü keçiriləcək

16-09-2015 / 17:40

Oktyabrın 14-ü ADA Universitetində Oracle Academy Günü keçiriləcək.

Xeberler.az bildirir ki, Oracle Academy Günü 2015-ə qoşularaq  müxtəlif  imkanlardan faydalanmaq mümkündür.

Bolonya prosesi ilə qəbul edilən bir çevrəsi olan European Qualifications Framework (EQF) standartlarına uyğun və akademik yönümlü təkmilləşdirilmiş müstəqil Oracle Java və Verilənlər bazası kurrikulum, proqram təminatı və sertifikat resurslarını əldə edə biləsiniz. Həmçinin Mütəmadi Peşəkar İnkişafı (Continuing Professional Development - CPD) dəstəkləyən Oracle Java və Verilənlər bazası ödənişsiz kurslarına yazıla bilər, müxtəlif universitetlərin müəllimlərinin bir araya gələrək bilik və vərdişlərinin mübadiləsində iştirak edə bilərsiniz.

Bununla yanaşı, tədbirdə Oracle və Java texnologiyalarına dair Oracle ve sənaye mütəxəssislərindənən yeni bilgiləri almaq, uşaqların xəyallarındakıları kodlaşdırmasını dəstəkləmək üçün yola çıxan Robincode sosial şəbəkəsi ilə tanış ola bilmək imkanı yaradılacaq.

Qeyd edək ki, Oracle Academy təqdim etdiyi ödənişsiz və peşəkar kurrikulum, proqram təminatı, müəllimlər üçün təlimlər və sertifikat resursları ilə Türkiyə daxil olmaqla 96 ölkədə 2,2 milyon tələbəni dəstəkləyir.

Oracle Academy Günü 2015-də iştirak etmək üçün  buradan qeydiyyatdan keçə bilərsiniz.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə