Orange və Google arasında saziş imzalanıb

15-10-2018 / 14:23

"Orange" və "Google" şirkətləri arasında Fransa və ABŞ-ı birləşdirəcək "Dunant" Transatlantik sualtı kabelinin çəkilməsi üzrə layihənin həyata keçirilməsində tərəfdaşlıq haqqında razılıq əldə olunub. Bu barədə Fransa telekommunikasiya operatorunun nümayəndəsi bildirib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, "Google" şirkətinin Qırmızı Xaç Cəmiyyətinin təsisçisi və ilk Nobel mükafatı laureatı Anri Düranın şərəfinə "Dunant" adlandırılan gələcək layihəsi barədə ilk dəfə bu ilin iyulunda məlumat yayılıb.

Bildirilir ki, "Dunant" ABŞ-ın məlumat emalı mərkəzlərini Fransa və digər Avropa ölkələri ilə birləşdirəcək son 15 ilin ilk yeni sualtı kabeli kimi Atlantik okean vasitəsilə rabitə üçün sürətlə artan tələbata cavab olacaq.

"Tərəfdaşlıq sayəsində "Orange" Avropa və Amerikada istehlakçı və korporativ müştərilər üçün yeni imkanların təmini məsələsində mövqeyini gücləndirəcək", - Fransa operatorunun bəyanatında deyilir.

Məlumata görə, uzunluğu 6,6 min km təşkil edəcək sualtı kabelin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. "Orange" nümayəndələrinin sözlərinə görə, tərəfdaşlıq çərçivəsində şirkət Fransanın Atlantik okeanı sahilində yerüstü stansiyanın tikintisi və istismarı, eləcə də yerüstü kommunikasiya vasitələrinin təminatı ilə məşğul olacaq.

"Dunant" layihəsi "Google" şirkətinin infrastruktur investisiyalarının tərkib hissəsidir. Bura, həmçinin Çili və Los-Ancelesi birləşdirən ilk özəl qitələrarası "Curie" layihəsi aiddir.Öz növbəsində "Orange" sualtı kabellərə xidmətlərin göstərilməsi bazarında aparıcı oyunçu və 40-dan çox oxşar layihənin sərmayədarı kimi çıxış edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə