Oskar mükafatının qalibləri açıqlandı-Fotolar

29-02-2016 / 10:00

Kino sahəsində ilin ən önəmli tədbiri olan Oskar  bu il 88-ci dəfə təşkil edilib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bir-birindən maraqlı filmlərin, aktyorların qatıldığı Oskar - Amerika kinoakademiyasının mükafatçılarının qalibləri məlum olub.

Hər kəsin maraqla gözlədiyi məşhur aktyor Leonardo DiCaprio "Ən yaxşı kişi aktyor" Oskar mükafatına sahib olub.

 Oskar-ın 88-ci təltifetmə mərasimində mükafat Leonardo DiCaprio  təqdim edilib.

O, bu mükafata Sağ qalmış (The Revenant) filminə görə layiq görülüb.

"Ən yaxşı aktrisa" nominasiyasında Bri Larson "Otaq" filmində oynadığı obraza görə, "Ən yaxşı rejissor" nominasiyasında Alexandro Qonzalez İnyarritu "Sağ qalmış" filminə görə Oskar qazanıb.

"Ən yaxşı bəstəkar" nominasiyasında Ennio Marrikone, "Ən yaxşı xarici film" nominasiyasında Macarıstan kinematoqrafçılarının çəkdiyi "Saulun oğlu" filmi, "Ən yaxşı ssenari" nominasiyası üzrə Spotlight (Diqqət mərkəzində) filminə görə Tom McCarthy ve Josh Singer, "Ən yaxşı ikinci dərərcəli qadın aktrisası" nominasiyasında "Danimarkalı qız" filminə görə aktrisa Alicia Vikander, "Ən yaxşı saç və makiyaj mükafatını" "Qəzəbli yollar" filmi, "Ən yaxşı sinematoqraf" mükafatını "Diriliş" filminə görə Emmanuel Lubezski, "Ən yaxşı quruluş" mükafatını "Qəzəbli yollar" filmi qazanıb.

Ümumilikdə, "Qəzəbli yollar" filmi 4 Oskar-a birdən sahib olub.

"Ən qısa animasiya" filmi Bear Story, "Ən yaxşı animasiya" filmi Inside Out, "Ən yaxşı ikinci dərəcəli kişi aktyoru" mükafatını Mark Rylance, "Ən qısa sənədli film" mükafatını "A Girl in the River" sənədli filmi qazanıb.

Daha ətraflı burada.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə