Osman Gündüz : BakuTel-in hər il keçirilməsi effekt vermir

07-12-2018 / 16:57

"Hər bir sərgi yeniliklərin, innovasiyaların təqdim edilməsi və yeni əlaqələrin qurulması, maraqlı tərəflərin iştirakı ilə trend mövzular ətrafında fikir mübadiləsi baxımından xeyli əhəmiyyətlidir. BakuTel uzun müddətdir ki, fəaliyyət göstərir. Həm region üçün həm də daxili bazar üçün əhəmiyyətli platformadır. Bununla belə son dövrlərdə bütün dünyada olduğu kimi bizdə köhnə formatlı sərgilərə maraq azalıb. Bu tip sərgilər özünü doğrultmur. Elə BakuTel də bu baxımdan istisna deyil. Baxıram ki əvvəlki ab-hava, əvvəlki innovativ mühit və canlı müzakirələr yoxdur. İnnovativlik baxımından, ciddi beynəlxalq təmsilçilik baxımından getdikcə də “kasıblayır”. Hətta elə şirkətlər var ki , sərgidə köhnə layihələrini yeni adla təqdim edirlər ."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz dekabrın 4-7-də Bakıda keçirilən “BakuTel-2018” tədbiri ilə bağlı açıqlamasında bildirib.

Ekspert mövcud məsələylə bağlı təkliflərinin olduğunu da qeyd edib :

"1. BakuTel-in hər il keçirilməsi effekt vermir, düşünürəm ki, 2- 3 il dən bir keçirilməsi daha faydalı ola bilərdi

2. Sərgi təşkilatçıları konkret müəyyən etməlidirlər ki, auditoriya kim olacaq. Yəni sərgi “Xalq” üçündür, hökumətlər üçündür, yoxsa biznes sektora yönəlib. Baxıram ki, elə layihələr, elə həllər təklif olunur ki, dinləyən və qəbul edən tərəf üçün onun hər hansı əhəmiyyəti yoxdur.

3. Sərginin formatı dəyişməlidir, aparıcı trendlər cəlb edilməlidir, innovasiyaların, yeniliklərin olmadığı zamanda daha çox , beynəlxalq qurumların da iştirakı ilə, bütün maraqlı tərəflərin iştirakı ilə aparıcı mövzular ətrafında diskussiyalar daha maraqlı ola bilərdi. Elə etmək lazımdır ki , sərgi hadisəyə çevrilsin, maraqlı və yadda qalan olsun."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.