Osman Gündüz: Dronlara məhdudiyyət yoxdurmu?

16-04-2019 / 11:27

2019-cu ilin yanvar ayından etibarən  dronların gətirilməsi və istifadəsi üçün elektron formada müraciət və icazənin verilməsi səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilib. Mövcud qanunvericiliyə görə dronların gətirilməsi üçün xüsusi icazə tələb olunur və NRYTN bunu Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırmalıdır.

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz sözü gedən məsələ ilə bağlı açıqlama verib:

"Hörmətli millət vəkimiz Tahir Mirkişili açıqlama verib ki, ölkəmizdə dron istifadəsinə məhdudiyyət yoxdur. Amma dərhal əlavə edib ki, dron gətirənlər müvafiq dövlət qurumuna müraciət edib icazə almalıdırlar. Səbəb kimi də baş verə biləcək hər hansı hadisənin qarşısının alınmasını göstərib. Mövcud qanunvericiliyə görə dron gətirilməsi və istifadəsi üçün icazə alınmalı olan müvafiq dövlət qurumları bunlardır:

1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2. Dövlət Təhlükəsizliyi Xidmət
3. Müdafiə Nazirliyi
4. Xüsusi Dövlət Mühafizə Xidməti
5. Dövlət Sərhəd Xidməti

Necə ola bilər ki, 4-5 nəhəng dövlət qurumundan icazə tələb olunan, istifadəsi məhdudlaşdırılan siyahıya salınan dron üçün məhdudiyyət yoxdur deyilsin. Düşünürəm ki, yenə NRYTN ondan yaxşıymış. Bu qurum, sektorda tənzimləmə aparmaq əvəzinə sadəcə başını aşağı salıb, sakitcə anlaşılmaz bir dron olimpiadası da keçirdi. Düşünürəm ki, belə anlaşılmaz bəyanatlar verib baş qatmaqdansa inkişafa və innovasiyaların tətbiqinə mane olan hüquqi normativ aktları dəyişmək daha doğru olardı. Nəzərə almaq lazımdır ki, prezident bu ilin əvvəli innovasiyaların inkişafı ilə bağlı fərman da imzalayıb"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.