Ötən ay mediada hansı mobil operator aktiv olub?

01-08-2017 / 12:21

MC&S-in media monitorinq qrupu  1-31 iyul 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Xeberler.az-ın məlumatına görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  500 on-line media daxil olmaqla  565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (883 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1685 məlumat), sığorta şirkətləri arasında AtaSığorta (109 məlumat),  ali məktəblər arasında BDU (1470  məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior Otel Baku ( 144 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr Facebook səhifəsində yerləşdirilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə