Ötən ay mediada hansı qurumlar aktiv oldu?

01-08-2016 / 13:18

MC&S-in media monitorinq qrupu  1-31 iyul 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  400 on-line media daxil olmaqla  465-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (668 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1616 məlumat), sığorta şirkətləri arasında Rəvan Sığorta (190 məlumat),  ali məktəblər arasında BANM(1514 məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior Hotel Baku  (168 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr Facebook səhifəsində yerləşdirilib.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə