Ötən həftə İKT -də nələr diqqət mərkəzində oldu?

19-10-2015 / 13:48

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı oktyabrın 12-də təqdim etmişdi.

Ötən həftənin İKT sahəsində gündəmdə olan məsələsi Budapeştdə “ITU Telecom World 2015” beynəlxalq telekommunikasiya və yüksək texnologiyalar üzrə sərgi-konfransdır.
Ölkəmiz tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə iştirak edir.
Sərgidə üç yerli startapımız-BethClip, WeTravel, Spinal layihəsinin rəsmiləri də sərgidə fəaliyyətlərini nümayiş etdirirlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bir neçə həftədir ki, sosial mediada əsas müzakirə mövzusu Xeberler.az saytında deputatlığa namizədlərin virtual səsverməsi sisteminin qurulmasıdır.
Səsvermə namizədlərin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rəsmi qeydiyyatı başa çatdıqdan sonra, seçkiqabağı təşviqat üçün nəzərdə tutulan müddətdə aparılacaq. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Qeyd edək ki, Virtual Səsvermə sistemində indiyədək 82 min istifadəçi onlayn səs verib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə sosial mediada 4-cü mobil operatorun gəlişi xəbərinə öyrəşməmiş internet xidmət göstərən SAZZ  AzQtel MMC də yaxın müddətdə Azərbaycan bazarında mobil rabitə xidmətləri göstərəcəyini bildirib. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Elektron təhsil sahəində atılan önəmli addımlardan biri- gələn ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Elektron Universitet” modeli tətbiq olunacağı ilə bağlıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə sosial mediada müzakirə mövzularından biri də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytında (www.niim.az) "ictimai qınaq" bölməsinin yaradılmasıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə gündəmdə olan daha bir mövzu isə telekanalların Milli Televiziya və Radio Şurasının keçirdiyi iclasda (MTRŞ) cərimələnməsi xəbəri ilə bağlıdır.
 İclasda ATV və ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb.  
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ən böyük İT tədbirlərindən TechConnect konfransı noyabrın 12-də Qazaxıstanda  baş tutacaq.
Konfransa dünyada investisiya və  innovasiya sahəsində  tanınan  45  ekspert dəvət olunub. Konfransın müxtəlif panellərində isə İT  şirkətlərin və startapların Qazaxıstanın Baş naziri və digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının rabitə və İKT sahəsində ümumdünya göstəricilər üzrə 13-cü Simpoziumu -  “WTIS-2015”-də təmsil olunacaq.
 Tədbirdə İKT üzrə beynəlxalq statistika məsələləri müzakirə olunacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.