Ötən həftə İKT sahəsində baş verənlər

21-09-2015 / 13:00

Xəbərlər İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı sentyabrın 14-də təqdim etmişdi.

Ötən həftənin əsas İT xəbəri TeliaSonera beynəlxalq telekommunikasiya şirkətinin Azərbaycandan getməsi oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 
Məsələyə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da münasibət bildirib. Burada daha bir maraqlı məqam isə Azercell-in TurkCell-in mülkiyyətinə keçməsi ehtimalı ilə bağlıdır?
Türkiyənin iri mobil operatoru TurkCell Azərbaycanda TeliaSonera-nın aktivlərinin əldə edilməsi məsələsi üzrə danışıqlara başlayır. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Ötən həftə Prezident “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzaladı.
Fərmana əsasən sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə iki ay müddətində qeyd olunan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını təmin edəcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Ötən həftə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qəbələ rayonunda vətəndaşlarla görüşüb.
Görüş zamanı kənd ATS-lərinin elektronlaşması ilə bağlı nazirə müraciət olunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Ötən həftə sosial medianının diqqətini çəkən daha bir xəbər Facebook istifadəçilərinin illərdir gözlədiyi Unlike funksiyasının istifadəyə verilməsi olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Elektron hökumət sahəsində atılan addımlardan biri də dövlət xidmətləri üçün Vahid Zəng mərkəzinin yaradılmasıdır.
"157" Zəng mərkəzi "Elektron Hökumət" portalında olan xidmətlər, elektron imza, portal üzərindən vətəndaşlara təqdim olunan onlayn konsultasiya xidməti, azdata.com internet provayderi, internet, easypay və apus sistemi vasitəsilə ödəmələr, poçt şöbələrində aparılan ödənişlər və sair barədə vətəndaşların müraciətlərini qəbul edir. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Ötən həftə media işçilərinin maraq dairəsində olan daha bir məsələ isə TQDK tərəfindən elan edilən yazı müsabiqəsinin qaliblərinin müəyyən olunmasıdır.
Müsabiqədə Xeberler.az-ın redaktoru qalib olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Ötən həftənin daha bir maraqlı xəbəri mobil operatorlarla Nazirlik arasında yeni lisenziya müqaviləsinin imzalanacağıdır.
Mobil operatorlarla  lisenziya verən dövlət orqanı arasında texnoloji standartlar, texniki göstəricilər, keyfiyyətli xidmət üçün əsas şərtlər və s  göstərilməklə  yeni lisenziya müqaviləsi imzalanmasını nəzərdə tutur.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Bu həftə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçiriləcək.
Tədbirdə “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na dəyişiklik edilməsi ilə bağlı təkliflər müzakirə olunacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Ötən həftə World Sammit Award forumu baş tutdu.
Forumda sahibkarlarla xarici ekspetlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində öz görüş və perspektivlərini bölüşüblər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Ötən həftə İKT Qadınlar Klubunun “Summer Camp” tədbiri keçirildi.
Tədbirdə İKT sahəsində necə işə düzəlmək və karyera pillələrində necə inkişaf etməyə dair mövzuları müzakirə edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

 Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.