Ötən həftə İKT sahəsində nələr baş verib?

18-05-2015 / 15:30

 Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə biz rəsmi xəbərlərdə, sosial mediada, İT qruplarda və saytlarda ötən həftə ərzində İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq. Xeberler.az ötən icmalı may ayının 13-də təqdim etmişdi. 

Bu həftənin İT sahəsində rəsmi xəbərlərindən biri İnformasiya təhlükəsizliyi üzrə II Respublika konfransı keçirilməsi oldu.
Konfransda "İnformasiya təhlükəsizliyinin humanitar problemləri", "E-dövlətin informasiya təhlükəsizliyi" və "İnformasiya təhlükəsizliyinin təmin edilməsi texnologiyaları" mövzuları əhatə edən məruzələr dinlənilib.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

İT sahəsində həyata keçirilən önəmli tədbirlərdən biri də İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırılması mərasimi oldu.
Finalda Qafqaz Universitetinin “Qafqaz Programmers" komandası 1-ci, Azərbaycan Texniki Universitetinin “AzTU1” və ADA Universitetinin “ADA U4” komandaları 2-ci, Milli Aviasiya Akademiyasının “NAA50”, Azərbaycan Dövlət Neft Akademiyasının “ADNA1” və Bakı Ali Neft Məktəbinin “BHOS1” komandaları isə 3-cü yerə layiq görülüb.
Müsabiqə haqqında daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz.

Bu həftə mediada ən aktual olan mövzulardan biri Startap Azərbaycanın yekun təqdimat mərasimi və “Startap Azərbaycan 2015” milli konfransının  keçirilməsi oldu.
Konfransda “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər”  kimi mövzular müzakirə olunub. Daha sonra "Startap Azərbaycan 2015" müsabiqəsinin qalibləri açıqlanıb və hədiyyələri təqdim olunub.
Daha ətraflə məlumatı buradan ala bilərsiniz.

Keçən həftə Estoniyanın paytaxtı Tallin şəhərində ilin ən böyük informasiya-kommunikasiya texnologiyaları (İKT) beynəlxal tədbirlərindən olan ənənəvi “İKT Həftəsi 2015” (“ICT Week  2015”) keçirildi.
Konfrans ərzində tədbirin təşkilatçıları tərəfindən həmçinin “Azərbaycan – vətəndaşlar üçün effektiv elektron idarəetməni inkişaf etdirərək” adlı informasiya bukleti və “Azərbaycanın ən yaxşı təcrübəsi” adlı veb-resurs (www.azerbaijanbestpractice.com) da iştirakçılara təqdim edilib.
Tədbir haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Daha bir rəsmi xəbər isə  “ASAN xidmət”-in nümayəndələrinin Estoniyada səfərdə olmasıdır.
Konfransda “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, 10 dövlət qurumunu birləşdirən “ASAN xidmət” mərkəzləri vətəndaşlara şəffaf şəkildə xidmət təmin edən nadir bir modeldir.
Daha ətraflə məlumatı buradan ala bilərsiniz.

Keçdiyimiz həftə İT sahəsində olan tədbirlərdən biri də  "ALPLogo mühitində proqramlaşdırma" olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Qeyd edək ki, ALPlogo proqramlaşdırma mühiti 5-ci, 6-ci və 7-ci sinif "İnformatika”  dərsliklərinə əlavə edilib.
Olimpiada haqqında daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz.

İKT sahəsində vacib günlərdən biri “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” qeyd edildi.
Bu günün qeyd olunmasının əsas məqsədi internet və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Keçdiyimiz həftə diqqət çəkən xəbərlərdən biri ölkəmizdə “Böyük Həcmli Verilənlərin Günü 2015” konfransı keçiriləcəyi xəbəri oldu.
“Big Data Day Baku 2015 “ Azərbaycanda Böyük Həcmli Verilənlər - BHV (Big Data) sahəsində təşkil olunacaq ilk tədbir olacaq. Qeyd edək ki, tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər barəsindəki fikirlər formalaşdırmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənler Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.
Daha ətraflə məlumatı buradan ala bilərsiniz.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə