Ötən həftə İKT sahəsində nələr oldu?

16-11-2015 / 13:29

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Ötən həftə sosial mediada təəccüblə qarşılanan, İKT sahəsini silkələyən məlumat Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi ilə bağlıdır.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hökumətin tərkibində bir aya yaxındır baş verən hadisələr, jurnalistlərin eyni zamanda sosial medianın marağında olan məsələ MTN tərəfindən telefon dinləmələrinin necə həyata keçirilməsi ilə bağlıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə sosial mediada maraq doğuran xəbərlərdən biri də WhatsApp-da zəng etmək funksiyasının mümkün olmaması ilə bağlıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Startap bazarında maraq doğuran yeni layihə- Sovqat.az  ötən həftə istifadəçilərə təqdim edilib.
Platformanın əsas məqsədi  yemək artığı probleminə son qoymaqdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə 3-cü qrant müsabiqəsinə layihələrini təqdim edənlər üçün çox önəmli həftə oldu.
3-cü qrant müsabiqəsinə 130-a qədər layihə təqdim edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Mərkəzi Asiyada keçirilən ən böyük İT tədbirlərindən TechConnect konfransı bu il Qazaxıstanda keçirilir.
Konfransda  Mərkəzi Asiya, Amerika, Avropa və MDB ölkələrindən 150 investor, 150 ən yaxşı startapçı və 1500 nəfərin  iştirakı gözlənilir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azərbaycanda uzun müddətdir keçirilən Milli Net müsabiqəsinə bu il 236 layihə təqdim olunub.
Milli Net 2015-də saytların qeydiyyatı 20 noyabrda başa çatacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə daha bir maraqlı layihə -Bakıdakı apteklərin siyahı və ünvanları olan mobil tətbiq yaradıldı.
Zeytun Aptek adlı mobil əlavədə aptekləri filtrasiya üzrə axtarış etmək mümkündür.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə məktəblilərin həyəcanla gözlədiyi “Elektron təhsil” müsabiqəsi başa çatdı.
Müsabiqənin I mərhələsinə 941 layihə təqdim olunub. Onlardan 41-i müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib. indiyə qədər ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.