Ötən həftə İT sahəsində nə baş verdi?

17-08-2015 / 12:35

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 

Bu dəfə də ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı avqustun 10-da təqdim etmişdi.

Ötən həftənin rəsmi xəbərlərindən biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  illik hesabatının açıqlanmasıdır.
Hesabatda ölkədəki mobil abunəçilərin sayı 7 dəfə, internet istifadəçilərinin sayı  14 dəfə, sabit şəbəkə abunəçilərinin sayı isə 1,6 dəfə artıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə Məlumat Hesablama Mərkəzi iyul ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən 20 elektron xidmət növünün adını açıqladı. 
Statistikaya əsasən, iyul ayı ərzində ən çox Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətlərindən istifadə olunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftənin sevindirici xəbəri İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanda üçüncü qrant müsabiqəsini elan edəcəyi oldu.
Fond  üçüncü qrant müsabiqəsini sentyabrda elan edəcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Keçən həftənin önəmli və ictimaiyyətin marağında olan məsələlərdən biri mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydalarının dəyişdirilməsi ilə bağlıdır.
Yeni qərara uyğun olaraq nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron  xidmətlərin hazırlanması mümkün olacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə İKT-nin inkişafı istiqamətində atılan addımlardan biri də startapların maliyyələşdirməsi üzrə işçi qrupun yaradılacağı barədə məlumat oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İKT-nin regionlarda tətbiqinin genişlənməsi ilə əlaqədar Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə Xeberler.az “Microsoft Imagine Cup 2015” müsabiqəsində  2-ci yer tutan “NoObs” komandasının üzvləri ilə görüşüb.
Müsahibəni ətraflı buradan əldə edə bilərsiniz.

Ötən həftə üçün daha bir sevindirici məlumat paytaxtla yanaşı regionların da elektron xəritəsi hazırlanması oldu.
Bütün ölkəni əhatə edən mükəmməl kadastr bazasının yaradılması 2018-ci ildə yekunlaşacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə KİV-də və sosial mediada maraq doğuran məqamlardan biri də bu il ölkədə rəqəmli yayıma keçidin tam başa çatdırılması və analoq yayımın dayandırılması xəbəri oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə İKT-də təhsilin inkişafı istiqamətində atılan addımlardan biri də VIII sinif dərsliklərinin elektron versiyasının istifadəyə verilməsidir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.