Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018 / 12:56

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin yanvar ayı üçün sayı təqdim olunub.

Xeberler.az bildirir ki, icmalın bu sayında  göstərilir ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24 faiz  artıb.

“İxrac İcmalı”nda 2017-ci il ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

Göstərilib ki, 2017-ci il ərzində Azexport.az portalına dünyanın 74 ölkəsindən 475 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

Azexport.az portalına 2017-ci ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30.4 milyon ABŞ dolları təşkil edib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.