Oyun kompüterləri çoxlu enerji sərf edir

07-09-2015 / 13:10

2012-ci ildə oyun fərdi kompüterləri 75 teravatt-saat enerji sərf edib ki, bu da fərdi kompüterlərin sərf etdikləri enerjinin ümumi həcminin 20 faizinə bərabərdir. Bu sayın yalnız 2,5 faizi oyun kompüterləridir.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən xəbər verir ki, hazırkı inkişaf tempində bu say 2020-ci ilədək iki dəfə arta bilər. İldə orta hesabla fərdi kompüter 1400 kilovat-saat enerji işlədir. Bu həcm isə 10 oyun qurğusunun, 6 adi kompüterin və ya 3 soyuducunun sərf etdiyi enerjiyə bərabərdir. Həmçinin oyun həvəskarları bundan iki dəfə artıq enerji sərf edə bilər.  

Bildirilir ki, kompüter sənayesi enerji sərfiyyatının üçdə dörd hissəsini azaltmaqla 2020-ci ilədək ildə 18 milyard dollara qənaət edə bilər. Buna etibarlı və məhsuldar enerjiyə qənaətcil komponentlər sayəsində nail olmaq olar. Bu məqsədlə istehsalçılar istehlakçılar arasında maarifləndirmə işi aparmalıdır, - "Oszone” yazır. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə