Oyun noutbuklarını necə seçməliyik?

10-11-2015 / 13:22

Oyunlar üçün adətən masaüstü kompüterlərə üstünlük verilir. Bunun səbəbi hər bir detalı ayrılıqda rahatlıqla almaq, dəyişdirmək imkanlarının olması və həmçinin daha az xərc tələb etməsidir. Lakin bir sıra oyun həvəskarları üçün masaüstü kompüterlər əlverişli olmadığından onlar noutbuk axtarırlar. Bu cür noutbuk seçimində diqqət edilməsi lazım gələn bir sıra məqamlar var.

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, ölkəmizdə Razer, Gigabyte, MSİ, Auros, Origin kimi məşhur oyun noutbuku istehsalçılarına aid modelləri tapmaq olduqca çətindir, buna görə də adətən yalnız məşhur firmalara məxsus oyun noutbuklarını tapmaq mümkün olur. Həmçinin bu noutbukların qiymətləri digər noutbuklara nisbətən baha olur: qiymətləri 1800-1900 manatdan başlayaraq 5000 manatadək yüksəlir. Eyni zamanda çəkiləri nisbətən daha çox olduğundan və ölçülərinə görə də böyük olduğundan daşınması rahat olmur.

Əgər siz ən son çıxan oyunları tam parametrlərlə oynamaq aruzusundasınızsa, onda noutbukun mütləq güclü video kartı olmalıdır. Burada həm onun sürətindən, həm də yaddaşından (VRAM) söhbət gedir. Noutbukun sonuncu nəsil video kartlardan birinə sahib olmasına xüsusilə diqqət etmək lazımdır. Ən çox istifadə olunanlar NVIDIA GeForce GTX video kartlarıdır.

Mikroprosessorun da güclü və sürətli olması lazımdır ki, oynayarkən donma baş verməsin. Adətən sürəti 2.4 GHz-dən az olmayan mikroprosessorlar məsləhət görülür. Həmçinin mikroprosessorun keş yaddaş (cache) yüksək olması da müsbətdir. Oyun noutbukları üçün məsləhət görülünənlər iki və dörd nüvəli İntel i5 və i7 mikroprosessorlarıdır.

Əgər söhbət qrafiklərdən gedirsə, ekran ayırdetməsini də xüsusi vurğulamaq lazımdır. Noutbukun ekran ayırdetməsinin minimum 1080 piksel (1920x1080) olmalıdır.

Əməli yaddaşın həcminin böyük olması da vacib şərtlərdən biridir. Tövsiyə olunan minimal yaddaş həcmi 6 qiqabaytdır (GB).

Ən sonda isə noutbukun daxili yaddaşından bəhs etmək lazımdır. Müasir oyunların həcmi çox yüksək olduğundan 10-15 oyunu rahatlıqla kompüterə yaza bilmək üçün böyük həcmli daxili yaddaşa ehtiyac olacaq. Daxili yaddaşın minimum 500 GB olması məsləhətdir. Hazırda bəzi noutbuklarda yalnız sərt disklərdən(HDD), bəzilərində sabit disklərdən(SSD), bəzilərində isə hər ikisindən istifadə edilir. Sabit disklərin yüklənmə sürəti sərt disklərə nisbətən daha yüksək olduğundan daha əlverişli olsa da, hazırda sərt disklərə nisbətən bir neçə dəfə bahadırlar.

Buna görə həm sərt, həm də sabit disklərdən istifadə edilən noutbukları almaq sərfəli ola bilər. Həmçinin tək sərt diski olan noutbuk alınacağı təqdirdə onun minimum 7200rpm sürətə sahib olmasına diqqət etmək lazımdır.

Növbəti yazımızda yuxarıda qeyd etdiyimiz xüsusiyyətlərə uyğun, mağazalarda rastlaşa biləcəyiniz oyun noutbuklarından bəzilərini müqayisə edəcək, onların müsbət və mənfi tərəflərini fərqləndirəcəyik.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.