Oyunların İnternet təminatına yerli və xarici mütəxəssislər nəzarət edir

15-06-2015 / 11:31

Eurodesign şirkəti “Bakı 2015” I Avropa Oyunlarının İT və Telekommunikasiya infrastrukturunun qurulmasında fəal iştirak edən əsas şirkətlərdəndir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Avropa Oyunları üçün Eurodesign tərəfindən 22 ərazidə kompleks telekommunikasiya infrastrukturu quraşdırılıb.

Çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə şirkət tərəfindən müxtəlif təyinatlı qurumlar formalaşdırılıb.

Şirkətdən bildirilib ki, xüsusi əhəmiyyət daşıyan telekommunikasiya xidmətləri göstərmək, Bakı və Mingəçevir arasında şəbəkə açarlarına nəzarət etmək üçün Eurodesign “Şəbəkə Monitorinq Mərkəzi” yaradıb.
Eyni zamanda, avadanlıqların konfiqurasiya edilməsi və bütün mərkəzlərə göndərilməsi üçün əsas depo kimi istifadə olunacaq “Avadanlıqların Saxlanma Mərkəzi” yaradılıb.

Xeberler.az-a verilən məlumatda o da bildirilib ki, infrastruktur xidmətlərinə, email və məlumat bazasına cəld və sürətli girişi təmin etmək üçün “Bulud” texnologiyalarından istifadə edilir.

Oyunlar keçirilən bütün sahələrdə İnternet təminatını Eurodesign şirkəti həyata keçirir. Bu qurum İnterneti birbaşa DeltaTelecom şirkətindən əldə edir
Delta Telecom-dan Oyunlar keçirilən məkanlara qədər İnternetin çatdırılması üçün infrastruktur isə BTRİB tərəfindən qurulub.

Eurodesign şirkətindən bildirilib ki, Oyunlar ərəfəsində İnternetin istifadəsində kəsinti və digər problemlər olan halda dərhal məsələ şirkətin nümayəndələri tərəfindən həll olunur. Şirkətdə bunun üçün mütəxəssislərdən ibarət xüsusi komanda formalaşdırılıb.

Qeyd edilib ki, şirkət tərəfindən bütöv telekommunikasiya infrastrukturuna nəzarəti üçün sistem formalaşıb. Hazırda şirkətin bütün cavabdeh işçiləri aktiv fəaliyyət göstərirlər. Bildirilib ki, sistemdə xüsusi bildiriş xidməti fəaliyyət göstərir.

Məsələ ilə bağlı hər hansı kiçik problem yarananda bu dərhal sitemdə öz əksini tapır və yerindəcə həll olunur.Qeyd edək ki, Eurodesign-də bu sahəyə həm yerli, həm də xarici mütəxəssislər nəzarət edir. 
Şirkətdə çalışan bu mütəxəssislər sistemdə yarana biləcək problemləri əvvəlcədən müəyyən etmək üçün qabaqlayıcı, profilaktik tədbirlər görürlər.Qeyd edilir ki, Oyunların keçiriləcəyi obyektlərdə baş verə biləcək texniki problemləri qısa müddətdə həll etmək üçün xüsusi bölmə yaradılıb və hər bir bölməyə müxtəlif sayda İT menecerleri və mühəndisləri cəlb olunub.

Qeyd edək ki, Eurodesign şirkətindən Avropa Oyunlarında İT və telekommunikasiya ilə əlaqəli 500-dən çox mütəxəssis iştirak edir.

Şirkətin məlumatında qeyd edilir ki, digər Olimpiadalarda iştirak edən və bu sahədə çalışan mütəxəssislər də bu xidmətlərin həyata keçirilməsində yaxından iştirak edir.

Eurodesign regionda aparıcı İKT xidmətləri göstərən şirkətlər sırasında mühüm yer tutur. Təklif olunan xidmətlər audio və video konfranslarının təşkil olunması da daxil olmaqla strukturlaşdırılmış lifli-optik sistemlərin layihələndirilməsindən başlayaraq geniş bir diapazonu əhatə edir. Belə sistemlər əsasən neft və qaz hasilatı, tikinti sənayesi, tibbi xidmətlər və maddi-texniki təminat sahələrində fəaliyyət göstərən şirkətlərə təklif olunur. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə