“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin təqdimatı keçirilib

18-10-2015 / 18:36

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin NEXT STEP İnnovasiya Mərkəzi "Öz İdeyanı Gerçəkləşdir" layihə müsabiqəsinin təqdimatını keçirib.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, tədbir Dövlət Neft və Sənaye Universitetində baş tutub.

Qeyd edək ki, “Öz İdeyanı Gerçəkləşdir" layihə müsabiqəsi innovativ, biznes yönümlü layihələrin və ya ideyaların qəbulunu həyata keçirtmək üçün nəzərdə tutulub.

 Tədbirdə Mərkəzin direktoru Kamran İmaməliyev  gənclərə, universitet tələbələrinə müsabiqə barədə ətraflı məlumat verib. Tələbələrin bu istiqamətdə sualları cavablandırılıb. 

 Tədbirin keçirilməsinə ADNSU-nun rektoru professor Mustafa Babanlı, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov dəstək verir.

Müsabiqəni Qafqaz Universiteti TexnoParkı, BethClip və Ustam layihəsi də dəstəkləyir. 

Next Step İnnovasiya Mərkəzi mayın 15-dən təsis edilib. Mərkəz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında fəaliyyətə başlayıb. Universitet tərkibində başlamaqda məqsədimiz elmi-tədqiqatla biznes dünyası arasında olan əlaqələri genişləndirmək, tələbələrin innovativ layihələrinə dəstək olmaq və onların dünya biznes arenasında iştirakını təmin etməkdən ibarətdir.

Next Step İnnovasiya Mərkəzi yeni ideyası olan, elmi-tədqiqatda nəaliyyət əldə edən, dünyaya öz töhvəsini vermək istəyən istənilən şəxsin layihəsini qəbul etməyə, dəstək verməyə və reallaşdırmağa daima yardım göstərmək üçün fəaliyyətə başlayıb.

 Yaxın günlərdə Mərkəzin fəaliyyəti ilə bağlı Xeberler.az-da geniş reportaj yayımlanacaq. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə