Öz startapını yaratmaq istəyən xanımlara şad xəbər

17-10-2016 / 16:52

Öz biznesini qurmaq istəyən xanımlar üçün WoWenture 2 başlayır.

WoWoman qadınların inkişafı üçün  fəaliyyət göstərən platformadır. Yarandığı tarixdən etibarən WoWoman Tech-Tech Xanım İT kurslarını, HR Academy təlimlərini, jurnalistika, motivasiya, vaxtın idarə edilməsi, özünəinam, fərdi və peşəkar inkişafa dair müxtəlif tədbirlər həyata keçirib.

Bundan əlavə, platforma yaxın günlərdə Gəncə şəhərində və bir sıra xarici ölkələrdə də fəaliyyətə başlamağa hazırlaşır.

WoWomanın yeni layihəsi- WoWenture sahibkarlıq proqramını elan edib.

WoWenture layihəsinin meneceri Kəmalə İsmayılova Xeberler.az-a bildirib ki,  öz işini qurmaq istəyən, ideyasını biznesə çevirmək və investisiya yatırımı axtaran xanımlar üçün fürsət yaradan layihə, ikinci mərhələsi ilə noyabr ayının 13-də başlayacaq.


Onun sözlərinə görə, "İdeyadan Biznesə" şüarı ilə yola çıxan xanımlar birinci modulda sahibkarlığın əsasları və biznesi planlamağı; ikinci modulda komandanın qurulması və idarə edilməsini; üçüncüdə - marketinq və satış bacarıqlarını; dördüncü modulda - biznesin maliyyə və hüquqi əsaslarıını; və son olaraq, beşinci modulda isə - investorların qarşısında çıxış, pitching qabilliyyətini öyrənəcək.

Məlumata əsasən, layihədə təlimçi qismində Rafael Əzizov iştirak edəcək.

Qeyd edək ki, Rafael bəy Raphael Group-un təsisçisi və rəhbəridir, həmçinin, "İdeya Qazandı" verlişində münsif qismində çıxış edib.

Proqramın sonunda ideyalarını biznes plan şəklində təqdim edən iştirakçılar investorun qarşısında çıxış edəcəklər. Qalib olan xanım isə öz ideyasını biznesə çevirmək üçün investisiya yatırımı əldə edəcək. Qeyd edək ki, investisiya kiçik və orta sahibkarlıq sahəsinə şamil ediləcək.

Layihənin başlanma tarixi: 13 noyabr, saat 9:00. İlk modul noyabr ayının 13 və 19, ikinci modul - noyabr ayının 20 və 26, üçüncü modul noyabr ayının 27 və dekabr ayının 3, dördncü modul - dekabr ayının 4 və 10, beşinci modul dekabr ayının 11 və 17 keçiriləcək. Dərslər səhər saat 9:00 - 13:00 arasında baş tutacaq.  

Məlumata görə, proqramda iştirak üçün yerlər məhduddur.

İştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz. Tədbirlə bağlı ətraflı WoWoman Azerbaijan-ın Facebook səhifəsindən də əldə edə bilərsiniz.

 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.