Özbəkistan blockchain və kriptovalyutaları leqallaşdırdı

11-07-2018 / 15:37

Özbəkistanın prezidenti Şövkət Mirziyaev 3 iyul tarixində Özbəkistan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafı üzrə tədbirlər adlı fərman imzalayıb.

Xeberler.az məlumat verir ki, fərmanda süni intellekt, superkompüterlərin imkanlarından istifadə, blockchain texnologiası və rəqəmsal aktivlərə dair fəaliyyətlər bir çox ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün prioritet istiqamətlər olduğu qeyd edilir. 

Qeyd edək ki, Blockchain texnologiyası tədricən təkcə iqtisadiyyatın bir çox sahələrində deyil, həm də dövlət idarəetməsi və digər ictimai əlaqələr sistemində tətbiq olunur. Bu baxımdan, Özbəkistan prezidenti dövlət idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsi üçün rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiyaların tətbiqi və inkişafı üçün zəruri vəzifələri müəyyənləşdirdi. Bu vəzifələrə kriptoaktivlərin dövriyyəsi, mayninq, smart kontraktlar və blockchain texnologiyasının tətbiqi nəticəsində investisiya və sahibkarlıq fəaliyyətinin inkişaf edirilməsi daxildir.

Özbəkistan aşağıdakı prioritet istiqamətləri müəyyən edib:

  • Blockchain texnologiyasının istifadəsi və inkişaf etdirilməsi üçün ixtisaslı kadrların hazırlanması;
  • Blockchain texnologiyası üzrə beynəlxalq və xarici təşkilatlarla hərtərəfli əməkdaşlıq və ölkəyə xarici mütəxəssislərin cəlb edilməsi;
  • Xarici ölkələrin təcrübələrini nəzərə alaraq, blockchainin tətbiqi üçün zəruri hüquqi bazanın yaradılması;
  • Rəqəmsal iqtisadiyyatın gələcək inkişafı üçün yeni texnologiyanın tətbiqi sahəsində dövlət və özəl biznes arasında sıx əməkdaşlığın təmin edilməsi.

Belə ki, fərmana əsasən ölkədə rəqəmsal iqtisadiyyatın tətbiqi və inkişafı sahəsində səlahiyyətli orqan – Milli Layihə İdarəetməsi Agentliyi olacaqdır. Agentlik blockchain texnologiyasının tətbiq ediləcəyi sahələri müəyyənləşdirəcək və layihələrin ekspertizasını həyata keçirəcəkdir. Kriptovalyutaların dövriyyəsi xüsusi normativ hüquqi aktlarla tənzimlənəcək. Kriptoaktivlərin alqı-satqısı ilə bağlı əməliyyatlar vergiyə cəlb edilməyəcək və bu sektorda əldə olunan gəlirlər vergitutma bazasına daxil edilməyəcək.

Özbəkistanda rəqəmsal iqtisadiyyatının inkişafı proqramının bir hissəsi olaraq 2021-ci il yanvarın 1-dən blockchain texnologiyalarının tətbiqi  planlaşdırılır:

  • dövlət orqanlarının işində, dövlət satınalmalarında, dövlət xidmətlərinin göstərilməsində, fərd haqqında məlumatların yoxlanılmasında;
  • dövlət reyestirində;
  • nizamnamə kapitalında dövlət payı olan böyük kommersiya təşkilatlarının korporativ idarəetmə sistemində;
  • klirinq və ödəniş əməliyyatlarında, ticarətin maliyyələşdirilməsində.

Oktyabr ayının 1-dən isə yeni qaydalar tətbiq ediləcək:

  • Kripto-aktivlərin dövriyyəsi, o cümlədən ticarət üçün kripto-birjaların yaradılması sahəsində fəaliyyət lisenziyalaşdırılacaq
  • Lisenziyalaşdırma üzrə səlahiyyətli orqan – Milli Layihə İdarəetməsi Agentliyi olacaq

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.