Palm yeni platformada sensor smartfon təqdim etdi

12-01-2009 / 10:32

Palm Pre 3,1 düymlük sensor ekranla və tərpənən qwerty-klaviatura ilə təchiz olunub. Yaddaş həcmi 8 GB, kamerası 3,2 meqapikseldir. Palm GSM, CDMA şəbəkələri üçün istehsal ediləcək. Wi-Fi, GPS və 3G modullarına malikdir. Bu ilin ilk yarısında satışa çıxarılacağı bildirilir.

webOS mobil platforması internet-istiqamətlənmə sistemi təqdim edir. Smartfonun əlaqə kitabı telefonun öz idarəetməsi altında Facebook və Gmail əlaqələri ilə sinxronlaşır. Xaricdən Apple iPhone interfeysinə və Google Android platformasına bənzəyir. Telefonun yaradıcıları JavaScript, HTML və CSS əsasında webOS üçün əlavələr yarada bilərlər.

Palm hazırda Windows Mobile idarəetməsi və xüsusi Palm OS əməliyyat sistemi ilə smartfonlar istehsal edir. Ötən ilin dekabr ayının ortalarında Palm smartfonları üçün Software Store onlayn-mağazası da buraxılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə