Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

19-11-2015 / 12:12

Azərbaycanda keçirilən son parlament seçkilərində seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 200 minə yaxın baxış olub.

Veb-kameralar vasitəsilə müşahidələrin təqribən 70 faizi ölkə daxilindən, 30 faizi  isə ölkə xaricindən həyata keçirilib.

Xeberler.az-ın məlumatına görə,  bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, beşinci çağırış Milli Məclisə seçkilərdə aşkarlığın təmin olunması üçün işğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20 faizində) internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılıb.

Komissiya sədri bildirib ki, internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləyiblər:

“Seçki günü təkcə Azərbaycandan deyil, eyni zamanda,  xarici ölkələrdən də seçkini veb-kameralarla izləməyə maraq olub. Belə ki, noyabrın 1-də, yəni seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralarla  ölkəmizdə keçirilən seçki prosesini izləyənləri müşahidə etdik. Əldə etdiyimiz məlumata görə, 200 minə yaxın baxış olub və veb-kameralar vasitəsilə müşahidələrin təqribən 70 faizi ölkə daxilindən, 30 faizi isə ölkə xaricindən həyata keçirilib. Bu da yaxşı rəqəmdir”.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.