Partlayışla bağlı ekspert açıqlama verdi

03-07-2018 / 17:34

Partlayışın baş verdiyi bildirilən Azərbaycan İES-in 6 saylı enerji blokunun Strateji Yol Xəritəsinə görə əsaslı təmir olunması nəzərdə tutulurdu.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, "Deməli qabaqcadan da bilinirmiş ki, burada ciddi problemlər ola bilər. Lakin təəssüf ki, bunun zamanında qarşısını ala bilməyiblər“ bildirib.

Osman Gündüz qeyd edib ki, “Ümumiyyətlə bu sektorda görülən işlərlə bağlı hesabata baxanda görmək olar ki, nəzərdə tutulan işlərin xeyli hissəsi reallaşmayıb.

Düşünürəm ki, əslində baş verən hadisəni sadəcə bütün ölkə üzrə işığın sönməsi kimi dəyərləndirmək doğru olmazdı. Texnogen hadisələr hər zaman və hər yerdə ola bilər, işıq da sönə bilər. Amma onun nəticələrinin bu dərəcədə olması, ölkənin bütün infrastrukturuna bu dərəcədə təsir etməsi, bütün ölkənin enerji təminatının bir nöqtədən asılı olması düşündürücüdür.

Müasir zamanda bu yolverilməzdir. Nə üçün alternativ paylayıcılar dərhal işə düşməyib.? Ümumiyyətlə olubmu belə alternativlər?

Fikrimcə, baş verənlər ölkənin geniş mənada təhlükəsizliyi məsələsində ciddi problemlərin olduğunu ortaya çıxardı. Düşünürəm ki bu, ali hakimiyyət səviyysəində ciddi müzakirə olunmalı və təkrarlanmaması üçün tədbirlər görülməlidir. 

Nəzərə alsaq ki, bir dəfə də belə bir hadisə olmuşdu, deməli burada ciddi məsuliyyət məsələsi də ortaya qoyulmalıdır. İndiyədək bu sektorda çoxsayllı layihələrin, elektrik enerjisinin ötürülməsi sisteminin inkişafı layihəsinin, yeni istehsal güclərinin yaradılması layihəsinin, az qala hər bir rayonda İES-lərin və SES-lərin tikilməsi layhəsinin icra olunması haqqında ölkə rəhbərliyinə hesabatlar verilirdi. Lakin baş verənlər göstərir ki, dayanıqlı, alternativlər üzərində qurulmuş enerji sisteminin qurulmasında problemlər var “.

Osman Gündüz həmçinin, ölkədə digər sahələrdə də şaxələndirimiş, alternattivlər üzərində dayanıqlı sistemlərin qurulmasında problemlərin zaman-zaman müşahidə olunduğunu deyib.

Xatırladıb ki, “Son dövrlərdə biz bunu ölkə üzrə İnernetin kəsilməsində, profilaktika səbəbilylə bütün TV kanalların ölkə üzrə dayandırılmasında, su təchizatında, indi də enerji sistemində müşahidə edirik.

Düşünürəm ki, bütün sahələrdə alternativ, şaxələndirilmiş dayanıqlı sistemlərin qurulması, məsul şəxslərin məsuliyyətinin gücləndirilməsi , dövlət intizamının sərtləşdirilməsi, özəl sektorun bu sahəyə cəlb edilməsi istiqamətində təsirli tədbirlər görülməlidir “.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə