Paypal-ın sürətli ödəmə xidməti One Touch web saytlarına gəlir

30-04-2015 / 11:04

Ödəniş sistemləri bazarının nəhəng adı Paypal mobil proqramlarda tətbiq etdiyi One Touch sürətli ödəmə xüsusiyyətinin indi də web saytlarında olacağını bildirib.

Xəbərlər-in məlumatına görə, istifadəçilər web saytlarından etdiyi alış-verişlə bir dəfə Paypal məlumatlarına daxil olduqdan sonra digər ödəmələrdə 1-2 toxunuşla ödəmə edə biləcəklər.

E-ticarət bazarındakı ödəmələrdə daha çox pay sahibi olmaq istəyən Paypal yeni ödəmə sisteminin istifadəsini genişləndirməyi hədəfləyir. Rəqəmsal pulqabı stategiyasının bir hissəsi olaraq da təqdim edilən bu yenilik masaüstü və ya mobil web saytlarında da istifadə edilə bilir.

Yavaş-yavaş istifadəyə veriləcək yenilik üçün satıcıların hər hansı bir dəyişiklik etməsi lazım deyil. İstifadəçilər ilk alış-verişdən sonrakı ödəmələrində yalnız Paypal-ı seçib təslim ünvanını və ödəmə növünü təsdiqləməsi kifayətdir. Yenidən Paypal hesab məlumatlarına girmələrinə ehtiyac qalmır.

Sevil Rəsulzadə

 

                                                                                             


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə