PayPal istifadəçiləri üçün yenilik

04-08-2017 / 11:13

Skype komandası PayPal ödəmə sistemi ilə razılığa gələrək  iOS və Android mobil əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğular üçün mobil proqramda pul göndərmək funksiyasını işə salıb.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,
"Send Money" funksiyası ilk öncə 22 ölkədə fəaliyyət göstərəcək.

Azərbaycan bu ölkələr arasında yoxdur. Sözügedən funksiyaya giriş əldə etmək üçün çatı sağ tərəfə dartaraq yeni opsiyanı seçmək lazımdır.

Bu funksiyadan ilk istifadə zamanı olduğunuz yeri təsdiq etmək, bundan sonra PayPal hesabını Skype profilinə bağlamaq lazımdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə