Pegasus mobil tətbiq istifadəçilərinin sayını açıqladı

15-01-2018 / 11:06

Türkiyənin aşağı büdcəli aviaşirkəti Pegasus şirkətin rəsmi saytı və mobil tətbiqləri ilə bağlı istifadə statistikasını açıqlayıb.

Xeberler.az məlumat verir ki, iOS və Android istifadə rəqəmləri ilə Pegasus mobil tətbiqinin 2 milyondan çox  istifadə edilib.

Mobil tətbiqi yükləyənlərin əksəriyyəti (42 faiz)  25 -34 , 25 faiz  35-44 yaşları arasındakı  əxslərdir.

Tətbiq indiyədək 70.000-dən çox  rəy alıb. Bu rəylər isə  ortalama 4 + ulduz  üzərindən olub.

Tətbiqin ən çox yükləndiyi  ölkələr isə Türkiyədən sonra Almaniya və İngiltəridir. Şəhərlərdən isə Türkiyədə İstanbul, Ankara və İzmir, xaricdən isə Paris, London və Amsterdamdır.

Hesabatda o da qeyd edilib ki, tətbiqə ən çox cümə günləri saat 12.00 - 13.00 arasında ziyarət edilir. Ən çox istifadəçilərin getdiyi ölkələr Almaniya, İngiltərə, Fransa və Hollandiyadır. Şəhərlərdən isə London, Amsterdam, Paris, Düsseldorf və Bazel fərqlənir.

Masaüstü və mobil istifadəçiləri də müqayisə edən Pegasus mobil istifadəçi sayının masaüstü istifadəçi sayından 4 dəfə çox olduğunu bildirib.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə