Peyk xidmətlərinin ixracının həcmi açıqlandı

02-02-2019 / 11:02

Azərkosmos” ASC-nin peyk xidmətlərinin ixracının həcmi 2018-ci ildə 25,6 milyon dollar təşkil edib.
 
Xeberler.az  bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ramin Hüseyn deyib.

Onun sözlərinə görə, 2017-ci illə müqayisədə ASC-nin xidmətlərinin ixrac həcmi 12 faiz artıb. Xidmətlərin ixracından əldə edilən gəlirin həcmi ümumi gəlirlərin 87 faizini təşkil edib.
 
“Azərkosmos” 2018-ci ildə 24 ölkəyə xidmət göstərib. Operatorun peyk xidmətlərinin ixrac həcmi əsasən Fransa (11,8 milyon dollar), Malayziya (8,4 milyon dollar), BƏƏ (1,5 milyon dollar), Almaniya (941 min dollar) və Gürcüstanın (537 min dollar) payına düşüb:
 
“2018-ci ilin dekabrında peyk xidmətlərinin ixrac həcmi 1,6 milyon dollara bərabər olub. Proqnozlarımıza əsasən, bu il peyk xidmətlərinin ixracının artımı gözlənilir. Nəzərə almaq lazımdır ki, bu il Azərbaycanın ikinci telekommunikasiya peyki də kommersiya istifadəsinə veriləcək”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.