Peyklərimizdən əldə edilən gəlir açıqlandı

02-10-2018 / 10:07
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr sayı təqdim olunub. “İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb.
 
Xeberler.az  bildirir ki,  2018-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edildiyi göstərilib.
 
Cari ilin ilk 8 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 15,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2018-ci ilin avqust ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 8 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.