Peyklərimizdən əldə edilən gəlir açıqlandı

31-10-2018 / 10:17

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayı təqdim olunub.
 
Xeberler.az bildirir ki, “İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb.

Mərkəzin məlumatına görə,  2018-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Cari ilin 9 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin  ixracından 16,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. 

Sentyabr ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,4 milyon ABŞ dolları olub. 

“Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 9 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.