PİCampus-da rezident olmaq üçün 62 müraciət olub

23-10-2015 / 13:54

“9 ay ərzində Yüksək Texnologiyalar Parkı-nda yaradılmış PİCampus  Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib, Biznes İnkubatorunun rezidenti olmaq üçün onlayn olaraq 62 ərizə qəbul edilib və onlardan 17-si inkubasiya mərkəzində fəaliyyətə başlayıb”.

Bu barədə Xeberler.az-a YT Parkdan məlumat veriblər.

Məlumatda qeyd edilib ki, iyunun 29-dan YT Park MMC-nin yeni layihəsi olan Code Academy  proqramı fəaliyyətə başlayıb. Proqrama qoşulmaq üçün keçirilmiş imtahanın nəticələri üzrə yüksək nəticə göstərən 48 nəfərdən 18-i proqramı başa vurub və ikinci proqram çərçivəsində 30 nəfər müəyyən olunmuş və proqrama başlanılıb.


Qeyd edilib ki, YT Park  MMC Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunmuş və təşkilatın müşahidəçi üzvü seçilib, MMC-nin Müşahidə Şurası haqqında Əsasnamə təsdiq olunub, habelə innovativ sahibkarlığın təbliği və dəstəklənməsi məqsədilə yerli və xarici tərəfdaşlarla birlikdə müxtəlif xarakterli seminar, konfrans və digər tədbirlər keçirilib.


Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə