Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

25-12-2015 / 12:36

Məlumat verdiyimiz kimi, hazırda Pirallahıda yeni Yüksək Texnologiyalar Parkı tikilir.

Xeberler.az tikinti işini dami  diqqətdə saxlayır və bununla bağlı oxuculara ətraflı məlumat verir.

Yüksək Texnologiyalar Parkından Xeberler.az-a verilən məlumata görə, Pirallahı YTP-da  Nümayiş zalının tikintisi yekunlaşıb.

Qeyd edilib ki, artıq Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılıb, ərazidə layihəyə uyğun inşaat işləri aparılır, Shouroom (Nümayiş zalı) adlı ilk tikilinin inşası isə tamamlanıb.

Yaxın vaxtlarda digər obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və İnkubator idarəetmə ofisinin də təməlqoyma mərasimi planlaşdırılır.

Hazırda YTP ərazisindən keçən yol gələcəkdə dəniz kənarına keçiriləcək və bu magistral xətt tamamilə Yüksək Texnologiyalar Parkına məxsus olacaq.

Layihə tam fəaliyyətə başlayandan sonra burada 3 minə yaxın işçi çalışacaq.

Yüksək Texnologiyalar Parkının layihəsinə əsasən tikinti işləri dörd mərhələ üzrə aparılacaq. İlk mərhələdə burada inzibati ofis, təhsil, tədris və kommersiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, startapların ehtiyaclarına görə müasir laboratoriyalar və müəyyən test avadanlıqları da quraşdırılacaq.

Bundan başqa, Pirallahı Yüksək Texnologiyalar Parkının Tədris Mərkəzinin inşası nəzərdə tutulub. Mərkəzinin qurulması başa çatdıqdan sonra xarici ixtisaslaşmış məktəblərdən nümayəndələr dəvət olunacaq, startaplara qısa müddətli kurslar təşkil ediləcək. Hazırda xarici məktəblərlə bu istiqamətdə müvafiq danışıqlar aparılır.

Parkda resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin hazırlanması kimi vacib layihələrin həyata keçirilməsi planlaşdırılır.

Ərazidə tikinti işlərinin yekunlaşması və parkın istifadəyə verilməsi 5 ilə nəzərdə tutulub.

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.