Piyadalar üçün olan bütün küçələrdə Wi-Fi olacaq

02-09-2015 / 21:24

Moskvada piyadalar üçün olan bütün küçələr və zonalar Wi-Fi ilə təchiz ediləcək.

Xeberler.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Moskva İnformasiya Texnologiyaları Departamenti başçısının müavini Aleksandr Qorbatko məlumat verib.

O xatırladıb ki, artıq məktəblər, 140-dan çox yataqxana, paytaxt ali məktəblərinin tədris korpusları və 13 park simsiz internetlə təmin olunub. Moskvanın 21 açıq ərazisində Wi-Fi şəbəkəsinə 700-dən çox qoşulma nöqtəsi yaradılıb.

A.Qorbatko bildirib ki, Moskva hökuməti “City Wi-Fi” layihəsinin inkişafı çərçivəsində vahid avtorizasiya tətbiq edir. Bunun sayəsində bir nöqtədə qeydə alınıb başqa şəbəkələrdə Wi-Fi-ya qoşulmaq mümkün olacaq. Yerüstü dayanacaqlarda, metroda və piyadalar üçün küçələrdə olan şəbəkələr bir şəbəkəyə bağlanmalıdır. Bu şəbəkələr müxtəlif olsa da, xidmət prinsipi vahid olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə