Planşetə çevrilən netbuk yaradılıb

16-09-2010 / 11:43

2010-cu ilin sonuna kimi satışa çıxarılacaq

“IDF 2010” Forumunda təmsil olunan “Dell” şirkəti planşet kompüterə çevrilmək imkanına malik mini-noutbuk nümayiş etdirib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Inspiron Duo” adlandırılan yeni qurğu xarici görünüşdən adi netbuku xatırladır.

Lakin onun displeyi çərçivə içərisində iki şarnir vasitəsilə birləşdirilib. Şarnirlərin köməyi ilə ekranı çevirmək və arxa hissə ilə klaviatura üzərinə qoymaq mümkündür. Nəticədə 10 düymlü sensor ekranlı planşet kompüter alınır.

Yeni qurğunun 1,5 qiqahers tezlikli iki nüvəli “Intel Atom N550” prosessoru və “Windows 7 Home Premium” əməliyyat sistemi ilə idarə olunduğu bildirilir. “Dell Inspiron Duo” 2010-cu ilin sonuna kimi satışa çıxarılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə