Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018 / 10:13

2018-ci ilin birinci rübündə dünyada 31,7 milyon planşet tədarük edilib. Bu, bir il əvvəldən 11,7 faiz azdır.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən bildirir ki, bu barədə IDC analitik şirkətinin hesabatında deyilir.
 
Analitiklərin sözlərinə görə, bazarın ümumi həcminin azalmasına baxmayaraq artımın müşahidə edildiyi seqmenti qeyd etmək lazımdır.

Bu, Microsoft Surface və iPad Pro kimi qoşulan klaviaturaya malik planşetlərdir. Onların tədarükü il ərzində 2,9 faiz artıb. Belə qurğuların payı artıq 15,3 faizə çatıb. Adi planşetlərin tədarük həcmi 13,9 faiz - 26,8 milyon ədədədək azalıb.
 
Analitiklər diqqəti platformalar bazarına yeni oyunçunun daxil olmasına yönəldiblər. Bu, Google şirkətinin Chrome OS əməliyyat sistemidir.

Google şirkəti tərəfindən daha sərt nəzarətin Chrome OS sisteminin qoşulan klaviaturaya malik planşetlər seqmentində Android üzərində üstünlüyünü təmin edəcəyi gözlənilir. Çünki istehsalçılar aparat vasitələrinin və əlavə servislərin hazırlanmasına daha çox diqqət yetirərək smartfonlarda əməliyyat sistemləri üçün yerin ayrılmasına sərf edilən resursları boşalda biləcəklər.
 
Hesabata görə, bazarın lideri il ərzində payı 24,9 faizdən 28,8 faizə yüksələn Apple şirkəti olaraq qalır. İkinci yerdə Samsung şirkəti qərarlaşıb. Cənubi Koreya istehsalçısının payı bir il əvvəl olduğu kimi 16,7 faizə bərabərdir. Üçüncü pillədə yer alan Huawei şirkətinin payı il ərzində 7,8 faizdən 10 faizədək artıb. Dördünü mövqedə qərarlaşan Lenovo şirkəti də payını artırmağa (5,8 faizdən 6,6 faizədək) nail olub. İlk beşliyi il ərzində payı 6 faizdən 3,5 faizədək azalan Amazon.com şirkəti tamamlayıb.

Xeberler.az
 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.