Play Store-dan yeni yaş həddi və qiymətləndirmə sistemi

18-03-2015 / 16:00

Play Store, mağazasında yaş həddi və qiymətləndirmə barədə işlər gördüyünü açıqlayıb. Google Play, bir çox həlledici firmaların standartlarını əsas götürərək yaş həddinin müəyyənləşdirəcək. Proqram yaradıcıları proqram haqqında müəyyən suallara cavab verəcək və verdiyi cavablara əsasən yaş həddi müəyyən olunacaq.

Tətbiqin səhifəsində isə müəyyən olunan yaş həddi nişanlarla göstəriləcək.

Qiymətləndirmə sistemləri proqramların daha sürətlə yayılması baxımından vacib bir sistemdir. Yenilik isə rədd edilən tətbiqlərə aid olacaq. Rədd edilən proqram sahiblərinə daha ətraflı məlumat veriləcək.

Beləliklə, proqram yaradıcıları səhvlərini görərək proqramı düzəltdikdən sonra yenidən mağazaya yükləyə biləcəklər.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə