Poçt xidmətinin izlənilməsi elektronlaşdırıldı

06-05-2015 / 13:40

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) daha bir xidmətini “Elektron hökumət” portalı üzərindən göstərməyə başlayıb.

Xəbərlər-in verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, "Poçt göndərişlərinin izlənilməsi” xidməti portala inteqrasiya olunub.

Bu xidmət vasitəsilə RYTN-in “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.

Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.

Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə