Pokemon GO 500 milyon dollar gəlirlə yeni bir rekord qırdı

10-09-2016 / 11:41

Pokemon GO 500 milyon dollar gəlirə ən sürətli çatan mobil oyun olaraq tarixə düşdü.

Xeberler.az bildirir ki, App Annie-nin yeni hesabatına görə, oyun avqustda 350 milyon dollar gəlir ilə bir aydan qısa müddətdə 500 milyon dollar səviyyəsini keçib və bütün zamanların rekordunu qırıb.

App Annie  müqayisə üçün qeyd edir ki, digər mobil oyun Candy Crush Saga 500 milyon dollar gəlirə 200 gündə, Clash of Clans və Puzzle & Dragons kimi oyunlar  isə  400 gündən çox müddətdə bu uğuru qazana bilib.

Qeyd edib ki, Pokemon GO-nun yaradıcısı NIANTIC Yaponiyada McDonalds və Softbank ilə razılaşaraq 3 min 700-dən çox mağazanın Pokestop-a çevirə bilib.

Oyunun bu razılaşmalar sayəsində gəlir qazanmağa davam edir.

Pokemon GO-nun sürətli yüksəlişin ardından zirvədə qalıb-qalmayacağı, yəni müvəffəqiyyətinin davamlılığı bu günlərdə ən çox maraq dairəsində olan mövzudur.

Bunun üçün ABŞ-da Android istifadəçilərinin tətbiqdə qalma müddətlərinə baxan App Annie Pokemon GO-nun iyul ayında bu baxımdan ən yaxşı ikinci tətbiq olduğunu deyir.

Annie oyunun il sonuna qədər 1 milyard dollar gəlir əldə edəcəyini təxmin edir.

Məlumat verdiyimiz kimi, Apple yeni iPhone və Apple Watch-ı tanıtdığı konfransda Pokemon GO-nun Apple Watch oyununu da tanıtdı.Belə ki, oyunun səhiyyə və fitness sahəsində geyiləbiləcək formada hazırlanacağı qeyd edildi.

Pokemon Go üçün bir digər gəlir kanalı Pokemon GO Plus geyiləbilən qolbaqlar da bu gün ABŞ-da ön satışa təqdim edildi.

34.99 dollardan təqdim edilən qolbaqlar yaxın ərazilərdə bir Pokemon olduğunda işıq və titrəmə səsi ilə sahibinə xəbər verəcək. Belə ki, qolbaq üzərindəki düyməylə Pokemon tuta bilir. 

 

Xeberler.az 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.