Pokemon GO həvəskarları təhlükə ilə üzləşib

03-03-2017 / 14:41

Android sistemində olan mobil əlavələrin 50 faizində müəyyən təhlükəsizlik boşluqları mövcuddur.

Xeberler.az-ın məlumatına görə, bu barədə  Kaspersky Lab şirkətinin aparıcı antivirus eksperti Sergey Lojkin bu gün Bakıda keçirilən “Security Day” tədbirində məlumat verib.

Şirkət rəsmisi həmçinin onu da  bildirib ki, Kaspersky Lab-in  statistikasına görə, məşhur Pokemon GO oyunun 500 mindən çox saxta mobil əlavəsi yaradılıb və oyunun rəsmi olaraq  təqdim edilmədiyi ölkələrdə istfadəyə verilib.

Onun sözlərinə görə, kibercinayətkarların yaratdığı bu qeyri-rəsmi tətbiqlər istifadəçilər tərəfindən yüklənib.

Xatırladaq ki, ötən il yaradılan və böyük marağa səbəb olan Pokemon GO oyunun illik gəliri 1 milyardı keçib.

Sergey Lojkin hazırda dünyada internet istifadəçiləri üçün müxtəlif növ virusların sürətlə yayıldığı məsələsinə də toxunub.

Espert qeyd edib ki, əgər 2011-ci ildə hər dəqiqədə 1 virus aşkarlanırdısa, 2014-2016-cı ildə günə 300 mindən çox müxətlif növ virus qeydə alınıb.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.