Pokemon GO ötən il 1 milyarda qədər gəlir əldə edib

17-01-2017 / 17:44

Təqdim edildiyi ilk gündən mobil oyun dünyasının gündəmindən düşməyən Pokemon GO barədə yeni hesabat açıqlanıb.

Xeberler.az App Annie-nın hesabatına istinadən məlumat verir ki, oyun 2016-ci ildə 950 milyon dollar gəlir əldə edib.

Görünür, bir müddət öncə Apple Watch üçün də təqdim edilən Pokemon GO Niantic-ı zəngin edib. 

Ötən ilin iyul ayında məhdud sayda ölkələr üçün istifadəyə təqdim edilən Pokemon GO Niantic-ın məlumatına görə, ümumi olaraq 500 milyondan çox yüklənib.

2016-ci ildə həm Play Store, həm də App Store-da yükləmə sayı baxımından birinci olan Pokemon GO, gəlir mənasında isə Mobile StrikeClash Royale oyunlarından sonra 3-cü sırada yer alıb.

Təxminən 110 gün içərisində 800 milyon dollar qazanan Pokemon GO, 2016 bitmədən 1 milyarda yaxınlaşaraq 950 milyon dollar gəlir əldə etmiş oldu.

Sevinc


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə