Polşa poçtunun nümayəndələri Azərpoçt MMC-də olublar

07-06-2018 / 18:05

Polşa Poçtunun vitse-prezidenti və İdarə Heyətinin üzvü Vieslav Vlodekin rəhbərliketdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC-də olublar.

Xeberler.az bildirir ki, Azərpoçt MMC-nin baş direktoru Emin Əfəndiyev qonaqlara Azərbaycanda poçt sahəsində həyata keçirilən işlər və reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələr barədə ətraflı məlumat verib.

E.Əfəndiyev xüsusilə vahid məkanda poçt və telekommunikasiya xidmətləri təqdim edənŞəbəkə layihəsi, itirilən sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən Poçtap xidməti və Azərbaycanı regional tranzit poçtdaçıma mərkəzinə çevirən HUB layihəsi ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.

Görüşdə qarşılıqlı olaraq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə olunub. Polşa Poçtunun nümayəndələri Azərbaycan poçtu ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə