Portal vasitəsilə 250-dək təsnifat üzrə ödəniş aparmaq mümkündür

12-12-2015 / 10:34

"Elektron hökumət" portalında yaradılmış "E-ödənişlər" bölməsi vasitəsilə 250-dək təsnifat üzrə ödəniş aparmaq mümkündür.

Məlumat Hesablama Mərkəzindən Xeberler.az-a  bildirilib ki, Azərbaycan Mərkəzi Bankı ilə həyata keçirilən birgə səylər nəticəsində tezliklə portal üzərindən 2008-ci ildən sonrakı dövrdə aparılmış ödənişlərin arxivinə baxmaq və çıxarış əldə etmək də mümkün olacaq.

Bundan əlavə, bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin portala inteqrasiyasından sonra vətəndaş özünə aid kredit tarixçələrinə də baxa biləcək. Bu məsələlər öz həllini tapdıqdan sonra isə həm vətəndaşlar özlərinə lazım olan məlumatları asanlıqla əldə edəcək, həm də banklar vətəndaşın ödəniş qabiliyyətini “bir pəncərə”dən asanlıqla müəyyən edə biləcək. Digər tərəfdən, vətəndaşlar, hüquqi və fiziki şəxslər artıq bir məkandan, yəni "Elektron hökumət" portalından öz ödənişlərini reallaşdırmaqla yanaşı, portal üzərindən digər xidmətlərə də müraciət edə biləcək.

Qeyd edək ki, bu bölmə müxtəlif ödənişləri "Kommunal", "Rabitə", "İpoteka", "Büdcə" kimi qruplarda özündə birləşdirir. Vətəndaş istənilən qrup üzrə ödəniş etmək üçün xidmətin adını və ödəniş üçün tələb olunan informasiyanı daxil edərək yaratdığı xidməti yadda saxlaya və ödənişi reallaşdıra bilər. Sistem üzrə bütün sahələrdə ödənişlər ödəmə tarixçəsində saxlanılır və istənilən vaxt baxılması mümkündür. Həmçinin "Onlayn ödənişlər" bölməsi vasitəsilə “Kommunal”, “Rabitə”, “İpoteka”, “Büdcə” bölmələri üzrə istənilən xidməti formalaşdırdıqdan sonra portalın mobil versiyası vasitəsilə vətəndaşlar rabitə, kommunal və cərimə haqları üzrə bildirişləri əldə edə bilirlər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.