Portalda 25 növ məlumat bazası açıq elan edilib

21-11-2015 / 11:22

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatları portalında (www.data.e-gov.az) açıq elan edilən məlumat bazalarının sayını açıqlayıb.

Mərkəzdən Xeberler.az-a  verilən məlumata görə, bu ilin yanvar ayında istifadəyə verilmiş portalda hazırda bir sıra dövlət qurumları tərəfindən 25 növ məlumat bazası açıq elan edilib. Bu məlumatlar əsasında artıq bir sıra veb və mobil proqramlar hazırlanıb.

Açıq məlumatların sayının və çeşidinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır.

Bir neçə ildən sonra ölkəmizdə Açıq Hökumət Məlumatları sənayesi yetərincə inkişaf edəcək və ölkə iqtisadiyyatına böyük gəlir gətirəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə