Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

11-04-2016 / 12:48

Dövlət Gömrük Komitəsi tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə  daha 4 xidmət elektronlaşdırılıb.

Xeberler.az-ın məlumatına görə, 4 xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib. 

İstifadəçilərin ixtiyarına verilən bu xidmətlər aşağıdakılardır:

– “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Elektron)

– “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Kart)

– “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük     bəyannaməsinin qəbulu”

– “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi”. 
Beləliklə, Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı  13-ə çatdırılıb.

Bununla da “Elektron hökumət” portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.