Portalın növbəti bülletenində oxucular üçün yenilik

16-02-2017 / 10:50

“Elektron hökumət” portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən ötən ilin son rübünü əhatə edən “Elektron hökumət” bülleteninin 38-ci sayı ictimaiyyətə təqdim edilib.

Bülleten vahid portalda olan yeniliklər və görülən işlər barədə cəmiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

Xeberler.az-ın məlumatına görə, sonuncu nəşrdə İlham Əliyevin “Elektron ipoteka sistemi haqqında Əsasnamənin” təsdiq edilməsi barəsində fərmanı, Bakutel 2016 sərgisində dövlət başçısının iştirakı ilə bağlı məlumatlar yer alıb.

Bundan başqa, bülletendə MHM-in Bakutel 2016 sərgi-konfransı çərçivəsində Belarusun “AGAT-idarəetmə sistemləri”, Türkiyənin HAVELSAN və TÜBİTAK BİLGEM dövlət şirkətləri və Microsoft şirkəti ilə imzalanan müqavilələr haqda ətraflı informasiya verilib.

Nəşrdə “Sığorta şirkətləri “elektron imza”nın tətbiqinə başladı”, “Elektron imza” ilə imzalanan sənədin yararlı olub-olmadığını, kim tərəfindən, nə vaxt imzalandığını necə öyrənmək olar?”, “Portala inteqrasiya edən arayışların sayı artdı”, “Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib”, “Görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” yaradıldı”, “Mədəniyyət və Turizm Nazirliyinin daha iki xidməti “Elektron hökumət” portalına inteqrasiya edildi” başlıqlı materiallar yer alıb. Həmçinin “Elektron hökumət” quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə də məlumatlar verilib.

İlk dəfə olaraq “Elektron hökumət” bülleteninin bu sayında EGOV AR  texnologiyasından istifadə olunub. Belə ki, oxucular EGOV AR adlı mobil tətbiqdən istifadə edərək, bəzi materialları həm də görüntülü və səsli izləyə biləcəklər. 

Android və iOS sistemlərində çalışan EGOV AR mobil tətbiqi “Elektron hökumət” portalı, elektron imza və başqa layihələrlə bağlı istifadəçiləri məlumatlandırmaq üçün hazırlanıb. Bu mobil tətbiq vasitəsilə şəkillər ekranda canlanan videoya çevrilir.

Qeyd edək ki, bülleten çap edilib pulsuz paylanılır, həmçinin elektron şəkildə portalda yerləşdirilir.

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.